İdman

"Ayaks"ın baş məşqçisi: "Qarabağ" oyuna fantastik başladı"

24 Oktyabr 2024 23:25
Baxış: 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" "Ayaks"la qarşılaşdı.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatdı. Qarşılaşmadan sonra Niderland təmsilçisinin baş məşqçisi Françesko Farioli mətbuat konfransında iştirak etdi. Mütəxəssis qələbə haqda bunları söylədi:

"Nəticədən məmnunam. Əvvəlcədən demişdim ki, oyun bizim üçün asan olmayacaq. Futbolçuların çıxışından razıyam. Mübarizə apardıq və 3 xal qazandıq. Çıxışımızdan razıyam. Hakimlik barədə danışa bilmərik. Bu, əsas prinsiplərimizdən biridir. İlk hissədə "Qarabağ" çox yaxşı çıxış etdi. Rəqib oyuna çox fantastik başladı. Dünən bunu demişdim ki, Ağdam təmsilçisi ilə oyun çətin olacaq. Təbii ki, qırmızı vərəqədən sonra oyun tərzləri dəyişdi. Bizim üçün o qədər də asan qələbə olmadı".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.