İdman

"Qarabağ" -"Ayaks" matçı - fərq üçə yüksəldi - YENİLƏNİR - CANLI

24 Oktyabr 2024 22:24
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

---------
22:24


Qarabağ" - "Ayaks" qarşılaşmasında qonaqlar meydandakı üstünlüyü artırmaqda davam edir.

"Qarabağ" 0:3 "Ayaks"

---------
22:21

Qarabağ" - "Ayaks" qarşılaşmasında hesab arasındakı fərq ikiyə yüksəldi.

"Qarabağ" 0:2 "Ayaks"

-----------
21:23

Qarabağ" - "Ayaks" qarşılaşmasında hesab açılıb.

Taylor 36-cı dəqiqədə qonaqları hesabda önə çıxarır - 0:1.

-------
​20:54

"Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

-------
20:21

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxacaq.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsində III turun matçını keçirəcək.

Təmsilçimiz "Ayaks"la üz-üzə gələcək. Niderland klubu ilə görüş Tofiiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İlk iki oyunda uduzan "Qarabağ" uğursuz seriyanı qırmağa çalışacaq.

Qeyd edək ki, bunadək "Tottenhem"ə 0:3, "Malmö"yə 1:2 hesabı ilə uduzan Ağdam klubu növbəti matçını noyabrın 7-də keçirəcək. "Qarabağ" səfərdə "Bodo Qlimt"lə qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. "Qarabağ" - "Ayaks"
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (l), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Baş məşqçi: Qurban Qurbanov
"Ayaks": 22. Remko Pasveer, 4. Yorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan Henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst
Baş məşqçi: Françesko Farioli

Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.