İdman

“Neftçi”nin tanınmış hücumçusu da “Qaradağ”a getdi

24 Oktyabr 2024 22:18
Baxış: 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin yetirməsi Mirabdulla Abbasov karyerasını bərpa edib.

Milli.Az sportinfo.az-a istinadla bildirir ki, 29 yaşlı hücumçu 1 illik aradan sonra yaşıl sahələrə dönməyi qərara alıb.

2018-ci ildə Premyer Liqanın ən yaxşı oyunçusu seçilmiş forvard bundan sonra I Liqada forma geyinəcək.

O, Araz Abdullayevin ardınca "Qaradağ Lökbatan"ın yolunu tutub. Abbasov gələn ilin yayınadək, yəni, mövsümün axırınadək Lökbatan təmsilçisinin uğurları üçün çalışacaq.

Mirabdullanın son klubu "İrəvan" olub. Keçən sezona bu komandada başlasa da, 2023-cü ilin okatyabrında çıxışını dayandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.