Dünya

Hamilə qadın 10-cu mərtəbədən yıxılıb öldü, körpəsi sağ qaldı - FOTO

25 Oktyabr 2024 12:10
Baxış: 2 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Lids şəhərində faciəvi hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hamiləliyinin son dövrünü yaşayan Emma Atkinson 10-cu mərtəbədən yıxılıb.

Həkimlər onun bətnində olan körpəni təcili keysəriyyə əməliyyatı ilə xilas edə biliblər.

Lakin qadını qurtarmaq mümkün olmayıb. Körpə hazırda reanimasiyada müalicə olunur. 

Emmanın ölümündən cəmi bir ay əvvəl sosial şəbəkədəki paylaşımı yayılıb. O, fotonun altına "Qız övladım olacaq, bundan daha xoşbəxt ola bilməzdim" sözlərini yazıb.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.