İngiltərənin Lids şəhərində faciəvi hadisə baş verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hamiləliyinin son dövrünü yaşayan Emma Atkinson 10-cu mərtəbədən yıxılıb.
Həkimlər onun bətnində olan körpəni təcili keysəriyyə əməliyyatı ilə xilas edə biliblər.
Lakin qadını qurtarmaq mümkün olmayıb. Körpə hazırda reanimasiyada müalicə olunur.
Emmanın ölümündən cəmi bir ay əvvəl sosial şəbəkədəki paylaşımı yayılıb. O, fotonun altına "Qız övladım olacaq, bundan daha xoşbəxt ola bilməzdim" sözlərini yazıb.
Nərmin Mahmudova
Milli.Az