Türkiyə Afrikanın ən etibarlı strateji tərəfdaşlarından birinə çevrilib. Diplomatik qaynaqlar bildirir ki, Türkiyə Afrika problemlərinə həll yolları axtarır. "Oruc Rəis" seysmik tədqiqat gəmisi neft və təbii qaz axtarışları üçün Somali sahillərində lövbər salıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, diplomatik mənbələr Türkiyənin Afrikadakı varlığını "türk modeli" olaraq təqdim edir və Ankaranın qitəyə yanaşmasının keçmiş müstəmləkə ölkələri kimi olmadığını vurğulayır.
Bəzi qaynaqlar Afrikada kiminsə modelini təqlid etmədiklərini bildirib: "Afrikanın həssaslığını çox yaxşı bilirik. Biz hər bir ölkənin dinamikasına uyğun hərəkət edirik. Rəqabət perspektivimiz yoxdur. Afrikanı rəqabət deyil, əməkdaşlıq sahəsi kimi görürük. Bərabər tərəfdaşlıq və qarşılıqlı fayda ilə qazanmaq siyasəti yürüdürük. Biz bütün Afrika ölkələrinin etimadını qazanırıq".
Eyni zamanda Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Afrika Üçüncü İcmal Konfransında iştirak etmək üçün 2-3 noyabr tarixlərində Cibutiyə səfər edəcək. Afrika Birliyi üzvlərinin qatılacağı toplantıda Fidan həmsöhbətləri ilə Türkiyə-Afrika tərəfdaşlığının gücləndirilməsi üçün atılacaq addımları müzakirə edəcək.
Oktyabrın 5-də İstanbuldan yola düşən "Oruc Rəis" seysmik tədqiqat gəmisi 20 günlük kruizdən sonra bu gün Somalinin Moqadişu limanında lövbər salacaq. Diplomatik mənbələr gəminin Somali sahillərində seysmik araşdırma aparacağını bildiriblər. Həmçinin gəminin Hind okeanında ilk dəfə 3D rentgen çəkəcəyi qeyd olunub.
Təxminən 7 ay davam etməsi gözlənilən fəaliyyət zamanı "Oruc Rəis" həm təbii qaz, həm də neft üçün məlumat toplayacaq. Məlumatlar Ankarada təhlil edildikdən sonra müəyyən edilmiş yerlərdə qazma işlərinə başlanılacaq.
Milli.Az