Siyasət

İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib - FOTO

3 Oktyabr 2025 20:40
Baxış: 351

Prezident İlham Əliyev rəsmi "Instagram" hesabında 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə verrmişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan da sonra davam etdirəcək. Qardaşlığımız əbədidir!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.