Ölkə

Sürücülərin nəzərinə - Yol bağlanır

3 Oktyabr 2025 18:35
Baxış: 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

3 oktyabr saat  22:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində (Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək 07:00-24:00 saat aralığında qismən, 24:00-07:00 saat aralığında isə hissə-hissə, tam məhdudlaşdırılacaqdır.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.