İnnovasiya lideri "Bakcell" Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən "İnnovasiyalar və süni intellekt" adlı konfransın əsas tərəfdaşı olub.
Konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
"Azərbaycanın süni intellekt hekayəsi - innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar" adlı panel müzakirəsində "Bakcell"in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, "Bakcell"in məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller "İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri" adlı dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib.
"İnnovasiya və süni intellekt "Bakcell"in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir",- deyə o vurğulayıb.
"Bakcell" innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Ölkə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
3 Oktyabr 2025 20:00
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
XƏBƏR LENTİ
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb
-
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Günün qoroskopu: Yaradıcılığınızın zirvəsində olacaqsınız
-
Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir





