İdman

Enrike ilə bağlı qərar verildi

31 May 2026 18:57
Baxış: 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

PSJ rəhbərliyi baş məşqçi Luis Enrikenin gələcəyi ilə bağlı qərar qəbul edilib.

Milli.Az xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.

Paytaxt təmsilçisi ispaniyalı mütəxəssislə 4 illik müqavilə imzalayacaq.

Budapeştdə Çempionlar Liqasını qazanmaqlarından dərhal sonra PSJ prezidenti Nasser Əl-Xelayfi Luis Enrikenin Parisdəki həyatdan tamamilə məmnun olduğunu və klub rəhbərliyinin onun uzunmüddətli layihəsinə tam etibar etdiyini qeyd edib. Tərəflər Çempionlar Liqasının finalından əvvəl bütün əsas şərtlər barədə razılığa gəliblər.

Qeyd edək ki, dünən PSJ Çempionlar Liqasının finalında "Arsenal"ı üstələyərək ardıcıl 2-ci dəfə turnirin qalibi olub. (qol.az) 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.