Texnologiya

"Apple" yeni təqdimat edəcək - Vaxt açıqlandı

25 Oktyabr 2024 12:33
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple"ın marketinq rəhbəri Greg Joswiak yeni kompüterlərin elanlarını açıqlayıb. 

Milli.Az xəbər verir ki, "X" sosial şəbəkəsindəki səhifəsində o bildirib ki, gələn həftə şirkət bir neçə yeni məhsul təqdim edəcək.

G.Joswiak-ın sözlərinə görə, ilk elan bazar ertəsi günü olacaq: "Bizi bazar ertəsi səhərindən başlayaraq, həyəcanverici elanlar həftəsi gözləyir.
İzləmədə qalın." G.Joswiak tərəfindən yerləşdirilən tizerə "Mac" haqqında xatırlatma və "Apple" loqotipinə çevrilən "macOS Finder" ikonasının qısa klipi daxildir.

İlqar Şabanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.