Şou-biznes

Hüseynin xanımına aldığı maşını göstərməsini QINADI - FOTO

22 Sentyabr 2025 20:00
Baxış: 484
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Zaur Kamal klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun həyat yoldaşına avtomobil hədiyyə etməsini və bunu ictimaiyyətə göstərməsini tənqid edib.

Milli.Az xəbər verir ki, Zaur Kamal bu barədə aparıcısı olduğu proqramda danışıb:

"Almısansa, gizlində ver. Niyə nümayiş etdirirsən? Başqasının xanımı da baxıb ərinə deyir ki, mənə də al. Evdə xanımım da eyni sözü dedi. Mən indi nə edim?" - deyə o, bildirib.

Musiqiçi isə aparıcının sözlərinə cavab verərək belə deyib:

"Mən pis iş görməmişəm, əksinə, yaxşı bir addım atmışam. İstəyirəm ki, insanlar da baxıb nümunə götürsünlər. Kənardakılara yox, öz xanımlarına hədiyyə etsinlər."

Xatırladaq ki, Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimovanı ad günündə avtomobillə sevindirib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.