Şou-biznes

Mabel Matizə cinayət işi açıldı - Məhkəməyə aparıldı

22 Sentyabr 2025 18:17
Baxış: 279
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Daxili İşlər Nazirliyinin onun "Perperişan" mahnısı ilə bağlı cinayət işi açmasından sonra İstanbul Respublika Prokurorluğu tərəfindən Mabel Matiz haqqında ədəbsizlik ittihamı ilə istintaq başladılıb.

Milli.Az xəbər verir ki, Mabel Matiz polisin müşayiəti ilə məhkəmə binasına aparılıb.

Daxili İşlər Nazirliyinin sorğusundan sonra İstanbul Respublika Prokurorluğu onun konsertində yazıb ifa etdiyi "Perperişan" mahnısının sözləri ilə bağlı araşdırmalara başlayıb.

Mabel Matiz ifadə vermək üçün polisin müşayiəti ilə məhkəmə binasına gəlib.

Mabel Matiz barəsində həbs qətimkan tədbiri seçilməyib.

Ailə və Sosial Xidmətlər Nazirliyi ilkin olaraq Mabel Matizin "Perperişan" mahnısının "ictimai qaydaya və əhalinin sağlamlığına zidd olduğu" əsası ilə çıxışın bloklanmasını istəyib.

Nazirliyin açıqlamasında bildirilir ki, Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə təqdim edilən vəsatətdə mahnının məzmununun ailəyə zərər verə biləcəyi, uşaq və gənclərin zehni inkişafına mənfi təsir göstərə biləcəyi, ictimai asayişi poza biləcəyi, ictimaiyyətin hiddətinə səbəb ola biləcəyi qeyd edilib. Bu tələbdən sonra mahnıya girişin bloklanması qərarı verilib.

Bunun ardınca əvvəlcə Daxili İşlər Nazirliyi, sonra isə Böyük Birlik Partiyası müğənniyə qarşı cinayət işi qaldırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.