Dünya

İran Küveytdə nazirlik binasını VURDU

5 Aprel 2026 11:13
Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər, vətəndaşların qəbulu isə təxirə salınacaq. Qurumun əyani iş rejimi aprelin 6-da bərpa olunacaq", - deyə məlumatda bildirilir.

KUNA xəbər agentliyinin məlumatına görə, İranın zərbələri nəticəsində Küveytdə iki enerji və su təchizatı stansiyası da zədələnib və onların fəaliyyəti dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.