İdman

“Goal” tarixin ən yaxşılarını seçdi

21 İyun 2026 23:12
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nüfuzlu "Goal" portalı dünya çempionatları tarixinin ən yaxşı 10 oyunçusunun siyahısını tərtib edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinq cədvəlinə əfsanəvi braziliyalı hücumçu Pele rəhbərlik edir.

O, futbol tarixində üç dəfə dünya çempionu adını qazanmış yeganə oyunçudur.

Siyahıda ikinci pillədə Argentina millisinin kapitanı Lionel Messi qərarlaşıb. İlk üçlüyü isə digər argentinalı dahi futbolçu Dieqo Maradona tamamlayır.

"Goal" nəşrinin versiyasına görə, dünya çempionatları tarixinin ən yaxşı 10 futbolçusu aşağıdakılardır:

1. Pele (Braziliya);

2. Lionel Messi (Argentina);

3. Dieqo Maradona (Argentina);

4. Ronaldo (Braziliya);

5. Frans Bekkenbauer (Almaniya);

6. Kafu (Braziliya);

7. Gerd Müller (Almaniya);

8. Kilian Mbappe (Fransa);

9. Zinəddin Zidan (Fransa);

10. Miroslav Kloze (Almaniya).

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.