Kriminal

“Oğluma və nəvələrimə problem yaradacaqdı, ona görə gəlinimi öldürdüm”

22 Sentyabr 2025 22:29
Baxış: 449
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü gəlini Hafizə Rzayevanı qətlə yetirən 68 yaşlı qayınatası Şəhriyar Hüseynovun məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hökmə əsasən, Ş.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış edən Şəhriyar Hüseynov gəlinini başqa şəxslə münasibətdə olduğu üçün öldürdüyünü bildirib:

"Hadisədən xəbər tutandan sonra oğlumu çağırıb danışdım və dedim ki, boşanacaqsınız. Daha sonra boşanma zamanı qadının yenə həmin evdə saxlanılacağını və ömür boyu həm oğluma, həm nəvələrimə problem yaradacağını düşünərək ən yaxşı seçimin onun öldürmək olduğu qənaətinə gəldim. Bir neçə gün onu müşahidə etdim, oğlum və nəvələrimin evdə olmadığı günü gözlədim. Hadisənin baş verdiyi gün isə evdən bıçaq götürüb onlara getdim. Gəlinimə sual verdim, amma cavab verməsini gözləmədən onu bıçaqladım. Öldüyünə əmin olduqdan sonra oğluma zəng edərək hadisəni danışdım. Daha sonra isə qızıma zəng edərək ondan nəvələrimin travma almaması üçün onları məktəbdən götürərək öz evinə aparmasını istədim". 

Qeyd edək ki, cütlük 17 il evli olublar. Cinayət hadisəsi bu ilin mayında baş verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.