Hadisə

Bakıda məşhur restoranda DAVA: Toydan çıxan şəxslər... - VİDEO

16 Avqust 2024 09:23
Baxış: 5 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, "Niaqara" şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.

Hadisənin səbəbi hələlik məlum deyil.

Bakıda, "Niaqara" şadlıq sarayının qarşısındakı davada iştirak edənlərdən biri müəyyən olunub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır:

"Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb. Əlavə araşdırmalar davam etdirilir".

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.