Hadisə

Ağcabədidə ağır yol qəzası: Əmioğlulardan birinin boynu sındı

21 Noyabr 2023 00:05
Baxış: 736

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində 1996-ci il təvəllüdü Ələsgərov Tural Elşad oğlu və onun əmisi oğlu Ələsgərov Rəzail Mansur oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra Tural Ələsgərova boynun sınığı, Rəzail Ələsgərova isə kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti nəzərə alınaraq rayon xəstəxanasında Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics