Hadisə

Saxta spirtli içki 14 can aldı - 100 nəfərə yaxın...

16 İyun 2023 23:41
Baxış: 1 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.

Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.

Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.