Hadisə

"Maşının içərisindəydik, düşməyə hazırlaşırdıq. Birdən..." - Elmiranın başına iş gəlib

25 Oktyabr 2022 09:14
Baxış: 3 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnfluenser Elmira Namazovanın başına iş gəlib.

Milli.Az olay-a istinadən xəbər verir ki, blogerin maşınını vurublar. Bu barədə o, instaqramda məlumat paylaşıb.

"Bəlanı çağırmaqla deyil ki, gəlib özü səni tapır. Maşının içərisindəydik, düşməyə hazırlaşırdıq. Birdən bir səs gəldi, çox qorxdum. Yenə bir "Prius" "Hundai"ya, o da fırlanaraq bizim maşına çırpıldı. Cana gəldiyinə mala gəlsin təki. Amma nə olar, hər kəs diqqətli idarə etsin maşınını. "Prius"un da içərisində 2 körpə uşaq... Elə bil insan yox, kartof daşıyırlar taksilərin bəziləri", - deyə, Namazova qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.