Hadisə

Yol qəzasında 2 nəfər ölüb

30 Sentyabr 2022 23:18
Baxış: 603

23:18

Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili "Mercedes Vito" markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

----------

20.57

Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (biri kişi, üçü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

---------

20.52

Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics