Hadisə

Bakıda sexdə yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTO

26 May 2022 16:14
0 Şərh     Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:14

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

--------

15:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Bu barədə Milli.Az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

---------

14:09

Bakıda sexdə yanğın başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.