Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakcell Bakı şəhərində, "Sahil" metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək "hər şey bir arada" innovativ konsepsiyası əsasında qurulub.
Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib. Burada abunəçiləri mobil rabitə xidmətlərinə aid bütün məsələlərdə kömək edə bilən xüsusi hazırlıq keçmiş əməkdaşlar qarşılayacaq. İnteryerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha asandır.
"Əminəm ki, bu konsept mağazada biz hər bir müştərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi "hər şeyin mərkəzində müştəri dayanır" yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik. Bu il növbəti dəfə "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülmüş Bakcell şəbəkəsi və özündə yüksək keyfiyyətli müştəri xidməti və satış funksiyasını birləşdirən yeni konsept mağazalar vasitəsilə biz müştərilərimizi bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcəyik", deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Mağazanın şəhərin mərkəzində yerləşməsini nəzərə alaraq, burada korporativ müştərilərə xidmətin göstərilməsi və B2B görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Bakcell şirkəti bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





