Texnologiya

Koronavirusu 70 faiz məhv edən preparat tapılıb

9 Avqust 2021 09:21
0 Şərh     Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, fenofibrat preparatı və onun aktiv forması olan fenofibrin turşusu insanın hüceyrələrində koronavirusu məhv edə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Frontiers in Pharmacology" jurnalında dərc edilmiş məqalədə deyilir.

Fenofibrat ürək-damar xəstəlikləri olan xəstələrdə xolesterinin səviyyəsinin aşağı düşməsi üçün istifadə olunan vasitədir. Alimlər koronavirusun zülalının ACE2 hüceyrə reseptorlarına bağlanma qabiliyyətini poza biləcək dərman axtararkən diqqəti ona yönəldiblər.

Hüceyrə bitkiləri ilə laboratoriya şəraitində aparılan sınaqları göstərib ki, fenofibrat virus yüklənməsini 70 % azaltmağa qadirdir. Bu halda o, SARS ştamlarının əksəriyyətinə qarşı eyni effektivliyi göstərib. Amma onun "delta" ştammına qarşı effektivliyi hələ öyrənilir.

Alimlər qeyd ediblər ki, fenofibratın qiyməti çox ucuzdur və bütün dünyada əlçatandır. Preparat hətta vaksinasiyanın məsləhət görülmədiyi xəstələr üçün əlçatandır. O, çox faydalı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.