Texnologiya

“Apple” 9 yeni “iPhone” təqdim edəcək

12 İyun 2020 22:35
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti bu ilin sonunadək 9 yeni "iPhone" təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avrasiya İqtisadi Komissiyasının məlumatlar bazasında "Apple" ticarət markasına aid 9 model nömrəsi yer alıb.

Mütəxəssislər hesab edir ki, bu il "iPhone 12" seriyasına məxsus 4 yeni smartfon istehsal olunacaq. Qeyd olunur ki, 9 model bu növlərin fərqli konfiqurasiyaları olacaq.

Analitiklərin fikrincə, "iPhone 12" və "iPhone 12 Max" daha ucuz modellər olacaq. Bununla yanaşı, şirkət bahalı "iPhone 12 Pro" və "iPhone 12 Pro Max" modellərini təqdim etməyi planlaşdırır.

Bütün modellər iOS 13 əməliyyat sistemində işləyəcək və 5G texnologiyasını dəstəkləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.