Texnologiya

“Facebook” qrup videozəng xidməti yaradır

25 Aprel 2020 14:14
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

Onun sözlərinə görə, "Messenger Rooms" adı verilən proqramda videozəngə real vaxt rejimində 50 nəfərədək şəxs qatıla bilər.

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq. Zəngə qoşulmaq üçün "Facebook" hesabının olması da tələb olunmayacaq.

M.Zukerberq əlavə edib ki, "Messenger Rooms" "WhatsApp" və "Instagram"da işləyəcək. Bu zaman da videozəng istidfadəçilərinin sözügedən platformalarda qeydiyyatı vacib olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.