İdman

Millimiz Latviya ilə üz-üzə

7 İyun 2025 11:12
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə - 119-cu yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.