İqtisadiyyat

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL

7 İyun 2025 11:59
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən həftə açıqlanan məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub.

Trend xəbər verir ki, ötən həftə məlum olub ki, cari ilin may ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları, Azərbaycanda pul bazası 20,630 milyard manat olub.

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 500 milyon dollara yaxın gəlir əldə edib. Mərkəzi Bank ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb. Ötən ili AMB maliyyə fəaliyyətini 720,9 milyon manat mənfəətlə başa vurub. Ötən il milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat (ÜDM-in 6 misli), ödənişlərin sayı isə 168,6 milyon ədəd olub.

Ötən il Mərkəzi Banka dövriyyədən 5.73 milyard manat pul nişanı mədaxil edilib, 5.86 milyard manat pul nişanı isə məxaric olunub.

30.12.2024-cü il tarixinə ləğv prosesində olan "Günay Bank" ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 milyon manat, ləğv prosesində olan "Muğan Bank" ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat məbləğində kompensasiya ödənilib.

Keçən həftə Maliyyə Nazirliyində növbəti depozit hərracı keçirilib və vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 30 gün müddətinə, 6.42% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Bunlarla yanaşı, cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17,138 milyard manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çox olub. Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları proqnozdan 423 milyon manat çox icra edilib, Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 6,039 milyard manat təşkil edib.

Bu ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 579 milyon manata yaxın olub. Eyni dövrdə Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,8 milyon manatdan çox olub.

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi perspektivlərini dəyərləndirib.

Azərbaycan Mərkəzi Bankı ilə Asiya İnkişaf Bankı arasında yeni layihələrin həyata keçiriləcəyini bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.