“Bağışlayın, görmədim” artıq keçməyəcək - Süni intellektli radarlar dövrü başladı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə süni intellektlə təchiz olunmuş radarlar rəsmi olaraq istifadəyə verilib.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, "ASELSAN" tərəfindən hazırlanan bu yüksək texnologiyalı radarlar artıq yolların təhlükəsizliyinə nəzarətdə yeni dövrün başlanğıcı sayılır.
Radar operatora ehtiyac duymur
Yeni nəsil radar sistemləri insan müdaxiləsi olmadan, 6 zolaqlı yollarda eyni anda bütün nəqliyyat vasitələrini, o cümlədən motosikletləri dəqiq şəkildə izləyə bilir. Süni intellekt texnologiyası vasitəsilə radar avtomobili, onun növünü və dövlət nömrə nişanını analiz edir, marşrut üzrə sürət həddini avtomatik müəyyən edir.
Geniş funksiyalarla təchiz olunub
Yeni radar sistemi:
Avtomobilin texniki vəziyyətini (sığorta, texniki baxış) yoxlayır;
Axtarışda olan nəqliyyat vasitələrini müəyyən edir;
Qanun pozuntusunu 3 fərqli rakursdan qeydə alır;
Avtomatik cərimə tətbiq edir.
Bütün bu proseslər tam avtomatlaşdırılmış şəkildə aparılır.
Vətəndaşlara şəffaflıq üçün tətbiq təqdim olunacaq
Radarların yerləşdiyi məkanlar və əhatə dairəsi barədə məlumatlar rəsmi tətbiq üzərindən ictimaiyyətə təqdim olunacaq. Beləliklə, vətəndaşlar real vaxtda radarların yerləşdiyi əraziləri görə biləcəklər.
Yalnız 4 günə 526 min TL cərimə
Pilot layihə çərçivəsində yalnız bir magistralda quraşdırılan süni intellekt dəstəkli radar cəmi 4 gün ərzində 526 min TL (təxminən 22 727 AZN) məbləğində cərimə qeydə alıb. Bu, sistemin effektivliyini açıq şəkildə ortaya qoyur.
Yüksək dəqiqlik, avtomatlaşdırma və şəffaflıq prinsipləri ilə çalışan süni intellekt əsaslı radarların yaxın gələcəkdə Türkiyənin bir çox bölgəsində tətbiq olunacağı gözlənilir.
P.S.: Sürəti sevirsənsə, oyun konsolu al, bu radar zarafat etmir. Süni intellekt üçün "bağışlayın, görmədim" artıq keçmir.
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Türkiyə ordusu şəhid verdi
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
XƏBƏR LENTİ
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır





