Ulduzlar maliyyə qapılarını açır – Bu bürclər zənginləşəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyun ayı bəzi bürclər üçün həqiqətən səxavətli olacaq. Planetlərin yerləşimi elədir ki, bu dövrdə maliyyə imkanları parlayır və real qazanc şansı artır.
Milli.Az yaxın həftələrdə maddi vəziyyətini yaxşılaşdıra biləcək bürcləri təqdim edir:
Buğa
İyunun 6-da sizi idarə edən Venera planeti öz mövqeyini Buğa bürcündə tutur. Bu isə o deməkdir ki, həm maliyyə cəhətdən güclənirsiniz, həm də cazibəniz və özünüzə inamınız artır.
Venera təkcə sevgi deyil, həm də maddi rifah planeti olduğundan, bu ay maaş artımı, investisiyalar və şəxsi biznes üçün mükəmməl fürsətlər yaranacaq.
Üstəlik, bürcünüzdə yerləşən Uran planeti sizi gözlənilməz, lakin sevindirici pul axınları ilə təəccübləndirə bilər. Qazanc təkcə klassik yollarla deyil, sürpriz mənbələrdən də gələcək.
Xərçəng
İyunun 10-da sərvət və genişlənmə planeti Yupiter Xərçəng bürcünə daxil olur. Bu hadisə astroloqlar tərəfindən "maliyyə şans dalğası" kimi qiymətləndirilir.
Ailə üzvlərindən dəstək, daşınmaz əmlakla bağlı əməliyyatlar və ya evlə bağlı qərarlar bu dövrdə sizə maddi fayda gətirə bilər.
İntuisiyanız xüsusilə güclü olacaq və bu da maliyyə qərarlarında sizi uğura aparacaq.
Qız
İyunun 17-dən etibarən Mars planetinin Qız bürcünə keçməsi sizə enerji, məhsuldarlıq və intizam bəxş edəcək.
İndi maliyyə sahəsində yeni başlanğıclar üçün ideal zamandır - büdcə planlaması, əmanət hesabı açmaq və ya gəlirlərinizi daha səmərəli idarə etmək üçün əla fürsətdir.
Səylərinizin nəticəsini tez görəcək, həm fərdi, həm də komanda işlərindən gözlənilməz gəlir əldə edə bilərsiniz.
Şir
Ayın sonuna yaxın, iyunun 26-da Merkuri Şir bürcünə keçəcək və bu da media, yaradıcılıq, reklam və kommunikasiya sahələrində parlaq maliyyə imkanları yaradacaq.
Fikirləriniz dəyərləndiriləcək, şəxsi brendinizi inkişaf etdirə, yeni layihələrə start verə və gəlirinizi əhəmiyyətli dərəcədə artıra biləcəksiniz.
İyunun sonu çıxışlar, təqdimatlar və özünüzü tanıtmaq üçün ideal zamandır.
İyunu uğurla dəyərləndirin - ulduzlar sizin tərəfinizdədir!
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
28 yaşlı aktyor 82 yaşlı rəssam sevgilisi ilə
-
Günel Qədimova DOST-da şöbə müdiri oldu
-
Ortağınız payını satırsa, sizə hansı hüquqlar verilir? – Mülki Məcəllədə yeniliklə bağlı AÇIQLAMA
-
Ardaya La Liqada heç kim çata bilmir (Foto)
-
Azərbaycanda qazlı içkilər bahalaşa bilər - Yeni vergi gəlir
-
Ögey qardaşı tərəfindən qətlə yetirilən Gülarənin son paylaşımı - (Foto)
-
Qərbi Kaspi Universiteti iki göstərici üzrə Azərbaycanda birinci oldu - (Foto)
-
Türkan Vəlizadənin ChatGPT ilə "imtahanı" (Video)
-
Bakıda qəzada ölən kuryer son mənzilə belə yola salındı - (Video)
-
“Range Rover gətirəcəyəm” deyib 261 min manat aldı - Saxlanıldı
-
Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış - (Yenilənib/Foto)
-
Sabah yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Samuxda ağır qəza - Ölən və xəsarət alan var - (Yenilənib/Video)
-
Trampa sui-qəsd planına görə 27 il həbs cəzası aldı
-
Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır
-
Azərbaycanda daha bir dövlət rüsumu ləğv olunur
-
Hande Londonda dərs alsa da, yenə ingiliscəsi bəyənilmədi - (Video)
-
Maykl Ceksonun məşhur gödəkçəsinə 8,5 milyon dollar təklif edildi
-
Azərbaycanda ikinci əl avtomobillərin satış qaydası dəyişir
-
Marketlərdə satılan çipslərlə bağlı yeni qərar
-
Könül Xasıyevanın PUB-da çıxışı müzakirə yaratdı – (Video)
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Almaniya XİN Ukraynaya göstərilən humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
-
Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir - (Foto)





