Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyat sabah başa çatır.
Milli.Az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, imtahan üçün indiyədək 60 minə yaxın abituriyent qeydiyyatdan keçib.
Ən çox qeydiyyat I və III qruplardadır.
Qeyd edək ki, qəbul imtahanlarının ikinci cəhdi II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyul tarixində keçiriləcək. Coğrafiya fənni üzrə əlavə imtahan da 13 iyul tarixində təşkil olunacaq. /modern.az
İxtisas qrupları üzrə qeydiyyatdan keçənlərin sayı aşağıdakı kimidir:
Azərbaycan bölməsi | Rus bölməsi | Cəmi | |
I ixtisas qrupu üzrə | 17215 | 2058 | 19273 |
yalnız RK altqrupu üzrə | 10302 | 1145 | |
yalnız Rİ altqrupu üzrə | 6913 | 913 | |
RK və Rİ altqrupları üzrə | 0 | 0 | |
II ixtisas qrupu üzrə | 13910 | 1381 | 15291 |
III ixtisas qrupu üzrə | 17750 | 2101 | 19851 |
yalnız DT altqrupu üzrə | 14075 | 1338 | |
yalnız TC altqrupu üzrə | 420 | 118 | |
DT və TC altqrupları üzrə | 3255 | 645 | |
IV ixtisas qrupu üzrə | 4055 | 769 | 4824 |
Cəmi | 52930 | 6309 | 59239 |
Milli.Az