Ölkə

Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular - VİDEO

7 İyun 2025 09:59
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıdan Bərdəyə istirahət üçün yola düşən ailə gözlənilməz hadisə ilə üzləşib. Belə ki, ailə üzvləri Yasamaldan çıxan avtomobilin üzərində ilan olduğunun fərqinə varıb.

Milli.Az xəbər verir ki, ailənin "Müsavat"a verdiyi məlumata görə, ilan avtomobilin üzərində yol boyu hərəkət edib və dörd saatlıq səyahət ərzində maşını tərk etməyib.

Maşında uşaqların da olması ailə üzvlərində ciddi təşviş yaradıb. Nəhayət, ilanla birgə səyahət Bərdə rayonunda sona çatıb.

Qeyd edək ki, son vaxtlar Bakının müxtəlif ərazilərində ilanların görünməsi ilə bağlı məlumatlar yayılır. Xüsusilə ilanların yaşayış məntəqələrinə, həyətlərə və hətta evlərin içinə daxil olması halları müşahidə olunur. Mütəxəssislər bu vəziyyəti havaların isinməsi, qida axtarışı və ilanların təbii yaşayış yerlərinin daralması ilə əlaqələndirirlər.

Ən çox müşahidə olunan ərazilərin isə Yasamal, Sabunçu və Binəqədi rayonlarının ətrafı, Qaradağ və Hövsan istiqamətlərinin olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.