Sağlamlıq

İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - Alimlər

7 İyun 2025 17:59
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqların heyvanlarla, xüsusilə də itlərlə erkən təması atopik ekzemanın - dəriyə təsir edən xroniki iltihablı xəstəliyin yaranma ehtimalını azalda bilər. Bu nəticəyə Edinburq Universitetinin alimləri gəliblər. 

Milli.Az hit.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Allergy" jurnalında dərc olunub.

Tədqiqatçılar ekzema ilə əlaqəli olan 24 əsas genetik variantın uşaqlıq dövründəki ətraf mühit faktorları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirmək üçün 16 Avropa tədqiqatının məlumatlarını təhlil ediblər. Əlavə olaraq, onlar 10 müstəqil tədqiqatın nəticələrindən də istifadə edərək laborator sınaqlar həyata keçiriblər.

25 mindən çox iştirakçının cəlb olunduğu ilkin təhlil göstərib ki, antibiotik qəbulu, ev heyvanlarının olması, ana südü ilə qidalanma, siqaret tüstüsünə məruz qalma, doğum sırası və gigiyenik vərdişlər kimi faktorlar ekzema ilə əlaqəli genlərlə qarşılıqlı təsir göstərə bilər. Ümumilikdə 14 mühüm qarşılıqlı təsir müəyyən edilib.

Alimlərin diqqətini xüsusilə beşinci xromosomda yerləşən bir genetik variant cəlb edib. Bu variant, immun sistem üçün vacib olan interleykin-7 reseptorunu kodlaşdıran genin yaxınlığında yerləşir. Aydın olub ki, itlərlə təmas bu genetik variantın təsirini zəiflədərək dəridəki iltihab riskini azalda bilər.

Laboratoriya sınaqları sübut edib ki, bu heyvanlarla qarşılıqlı təmas interleykin-7 reseptor geninin dəriyə təsir edən ifadəsini dəyişdirə bilər ki, bu da iltihabəleyhinə təsir yaradır. Bununla belə, alimlər bu mexanizmin daha dərindən öyrənilməsi üçün əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.