Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yay aylarında təravət və zəriflik insanın tək geyimində deyil, istifadə etdiyi ətirdə də özünü göstərməlidir".
Tanınmış əttar Türkan Alixanova Milli.Az-a verdiyi açıqlamada isti havalarda düzgün ətir seçiminin vacibliyinə toxunub.

Onun sözlərinə görə, yay üçün ən çox limon, berqamot, nanə, yaşıl çay, lavanda, yasəmən və su zanbağı notları ilə zəngin olan ətirlər uyğun gəlir:
"Yay fəslində əsasən təravətli, yüngül, sitrus, çiçək və su notlu ətirlərə üstünlük verilməlidir. Bu tərkiblər həm təravət verir, həm də insanı boğmur. Ətirin yay günlərində qalıcı olması üçün onu dəridən əvvəl nəmləndirici krem üzərinə tətbiq etmək tövsiyə olunur. Həmçinin günəş altında birbaşa dəriyə vurulan bəzi ətirlər ləkə yarada bilər. Bu səbəbdən ətiri paltara və ya saç uclarına püskürtmək daha məqsədəuyğundur".
Əttar qeyd edir ki, ətir seçimi çox fərdidir və hər insanın dərisində qoxu fərqli oturur. Buna görə mağazada qoxladığınız bir ətirin sizin dərinizdə necə reaksiyaya girdiyini test etmədən almaq riskli ola bilər.
"Ətir seçərkən tələsməyin, onu bilək hissəsinə vurub 20-30 dəqiqə sonra yoxlayın. Əsl qoxu məhz bu müddətdən sonra ortaya çıxır. Yayda xüsusilə qalıcı, lakin yüngül qoxulu ətirlər ön planda olur", - deyə o, bildirib.
Türkan Alixanova tövsiyə edir ki, isti havada ağır və şirin ətirlər tər ilə qarışaraq xoşagəlməz qoxu yarada bilər, buna görə də fəsilə uyğun seçim həm öz rahatlığınız, həm də ətrafınızdakıların məmnunluğu üçün vacibdir.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)
-
Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı
-
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
-
AzTV üçün yeni bina tikiləcək - (Video)
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Bakıda ölümlə nəticələnən davada saxlanılanlardan biri deputat oğludur - (Foto)
-
Hitlerin Alp dağlarındakı keçmiş sığınacağında yanğın
-
Bakıda kafedə kütləvi dava - Ölən var - (Yenilənib/Video)
-
Oktyabrın 23-də 50 şübhəli saxlanılıb
-
Hesabat yerinə baş örtüyü: “Əsrin fırıldağı”nın qızğın çağında Ərdoğanın ətrafı Bakıda
-
Ölüm xəbəri yayılan Kim Çen İn səfərdədir
-
Premyer Liqada bu gün iki oyun keçiriləcək
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycan təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək - XİN
-
Pezeşkian Rusiyaya gedəcək
-
Bu gün yola çıxan sürücülərə xəbərdarlıq edildi
-
Dünya bazarlarında neft bahalaşdı





