Texnologiya

Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradılıb

10 Yanvar 2020 18:47
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın "Expanscape" şirkəti dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Aurora 7" adı verilən noutbuk peşəkar istifadə üçün nəzərdə tutulub.

Noutbuk iri korpus və əsas ekrana malikdir və bu korpusa daha beş ekran bərkidilib.

Yeddinci ekran isə noutbukun klaviatura hissəsində yer alıb. Noutbukun dörd ekranı 17,3 düym, digər 3 ekran 7 düym diaqonal ölçüyə malikdir. Aurora 7-nin operativ yaddaşı 64 giqabaytdır.

Şirkətin məlumatına görə, noutbuk hazırda istehsal mərhələsindədir və yaxın zamanlarda satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.