Texnologiya

“WhatsApp”da çoxdan gözlədiyiniz YENİLİK gəlir

10 Dekabr 2024 12:31
Baxış: 3 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" qrup söhbətləri üçün onlayn sayğac funksiyası üzərində işləyir.

Milli.az-ın məlumatına görə, söhbətlərinin yuxarı hissəsində görünəcək sayğac qrupda neçə nəfərin "WhatsApp"da onlayn olduğunu göstərəcək.

Məxfilik parametrləri vasitəsilə onlayn statusunu gizlədənlər sayğaca daxil edilməyəcək.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

İlqar Şabanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.