Texnologiya

Əfsanəvi telefonun yeni versiyası təqdim edildi - FOTO

9 May 2024 17:17
Baxış: 2 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil texnologiya dünyasında əlamətdar hadisə baş verib - "Nokia" brendinin sahibi olan "HMD Global" minilliyin əvvəlində çoxlarının sevimlisinə çevrilən əfsanəvi "Nokia 3210" telefonunun yenilənmiş versiyasını təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Yeni "Nokia 3210" tanınan dizaynını qoruyub saxlasa da, müasir xüsusiyyətlərə malikdir. Bu telefon indi 4G bağlantısını dəstəkləyir, 2,4 düymlük rəngli LCD displey və "Unisoc T107" prosessoru ilə təchiz olunub.

Onun operativ yaddaşın həcmi 64 meqabayt, yaddaş kartı isə 128 meqabaytdır. Yaddaş həcmini "microSD" kartdan istifadə etməklə 32 meqabayta qədər artırmaq olar.

Telefonun arxasında iki meqapiksellik kamera və işıq kimi də istifadə edilən fənər var. Cihazın spesifikasiyasına həmçinin "Bluetooth 5.0" simsiz rabitə, MP3 pleyer və FM radio daxildir.

İstifadəçilər ən son xəbərlər, hava proqnozu və "YouTube Shorts" xidmətinin mövcud olduğu "Nokia" bulud xidmətlərinə qoşula biləcəklər. Bundan əlavə, onlar "Nokia 3210"un yeni versiyasında məşhur olan "Snake" mobil oyununu oynaya biləcəklər. Cihaz "S30+" əməliyyat sistemi ilə işləyir.

Yenilənmiş "Nokia 3210" üç rəngdə mövcuddur: mavi, qızılı və qara. Qiymət satış bölgəsindən asılı olaraq dəyişə bilər. Avropada isə onun qiyməti 80 avro (təxminən 146 manat) olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.