Texnologiya

“Tesla” 2,2 milyon avtomobilini geri çağırdı

3 Fevral 2024 13:32
Baxış: 1 198
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin "Tesla" şirkəti proqram təminatının yenilənməsi məqsədilə təxminən 2,2 milyon avtomobilini geri çağırıb.

Milli.Az "Unikal"a istinadla xəbər verir ki, bu barədə ABŞ Yollarında Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Administrasiyasının saytında bildirilir.

Məlumata əsasən, 2.193.869 avtomobilin qüsur səbəbindən geri çağırılacağı diqqətə çatdırılır. "Associated Press" agentliyi xəbər verir ki, indikatorlardakı siqnal işıqları tələb olunduğundan kiçik ölçüyə malikdir. Bu isə texniki təhlükəsizlik üzrə mühüm informasiyanın oxunmasına çətinlik yarada, bununla da qəza riskini artıra bilər.

"Tesla" 2023-cü ilin dekabrında avtoidarəetmə sistemində problemlərin aradan qaldırılması üçün 2 milyon avtomobili geri çağırmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.