Texnologiya

Mühəndislər toxluq hissi yaradan kapsul düzəltdilər

4 Yanvar 2024 07:41
Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri udulduqda toxluq hissi yaradan titrəyişli kapsul yaradıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Science Advances" jurnalında dərc olunan məqalədə deyilir.

Təcrübələr göstərdi ki, yeməkdən 20 dəqiqə əvvəl həbi qəbul edən heyvanlar toxluqdan xəbər verən hormonlar ifraz edir və qida qəbulunu təxminən 40 faiz azaldır.

Gələcəkdə alimlər kapsulların istehsalını genişləndirməyə və cihazın təhlükəsizliyini təsdiqləmək üçün insanlarda klinik sınaqlar keçirməyə, həmçinin kapsulların udulması üçün ən yaxşı vaxtı müəyyən etməyə çalışırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.