Texnologiya

Telefon istifadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ – NƏ ETMƏLİ? - VİDEO

28 Dekabr 2023 14:13
Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfonlarda istifadəçilərin pin kodlarını oğurlayan virus yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, PIN kodları və digər şifrələri oğurlamaq üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə edərək "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda əsas ekranın kilidinin açılmasının qarşısını alan yeni növ "Chameleon" zərərli proqram təminatı yayılır.

Mütəxəssislər bildirib ki, virus telefonda uzun müddət qeyri aktiv qalır. Unudulduqdan sonra isə öz işinə başlayır.

İKT  üzrə ekspert Fərhad Mirəliyev bildirib ki, virusun əsas hədəfi istifadəçinin elektron pul hesablarıdır.

Fərhad Mirəliyev bildirib ki, virusdan qorunmağın əsas yolu google təhlükəsizlik sistemini hər zaman aktiv saxlamaq və kənar qaynaqlardan "apk" faylları yükləməməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.