Texnologiya

“Meta”dan İsrail - Fələstin münqaişəsi ilə bağlı VACİB QƏRAR

19 Oktyabr 2023 21:47
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin texnologiya şirkəti "Meta" sahibi olduğu feysbuk sosial platformasında İsrail-Fələstin münaqişəsi ilə bağlı  zərərli məzmunun yayılması ilə əlaqədar müvəqqəti məhdudlaşdırıcı tədbirlər görəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Meta"nın saytında açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, münaqişə zonasında paylaşılan postlara şərh yazılması məhdudlaşdıra və yalnız dostlar və ya izləyicilər üçün açıq ola bilər.

Meta bildirib ki, bu, yazılardakı təhqiredici şərhlərin görünməsini azaltmaq məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.