“Azersky-2” peyki Azərbaycanda hazırlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının ev sahibliyi ilə baş tutan 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentlik ("Azərkosmos") və "Israel Aerospace Industries" (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, "Azersky-2" proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. "IAI" peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.
İsrailli mütəxəssislər, həmçinin Azərbaycanda qurulacaq Peyklərin İnkişafı Mərkəzinin layihələndirilməsində də "Azərkosmos"a dəstək göstərəcək. "Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək", - deyə məlumatda qeyd olunub.
"Azərkosmos"un İdarə heyətinin sədri Saməddin Əsədov qeyd edib: "Bu layihə həm "Azərkosmos", həm də "İsrael Aerospace Industries" şirkəti üçün unikal xarakter daşıyır, şübhəsiz ki, ölkələrimiz arasında kosmik sahədə əməkdaşlığın inkişafına töhfə verəcək. Əməkdaşlığımızı ölkədə insan kapitalının, kosmik texnologiyaların inkişafında mühüm addım hesab edirəm".
"Israel Aerospace Industries" olaraq biz bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edirik və ölkələrimizin qarşılıqlı mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmlənməsinə çalışacağıq", - deyə İsrail şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.
"IAI" proqram çərçivəsində Azərbaycanda "Azersky-2" sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026 və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
XƏBƏR LENTİ
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)





