"Teknofest"in Azərbaycanda keçirilməsi nəyə təkan verəcək? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Teknofest" Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalının Azərbaycanda keçirilməsi ölkədə innovasiyaların və texnologiyaların inkişafına əlavə təkan verəcək.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov deyib.
Onun sözlərinə görə, sosialyönümlü texnologiyalar müsabiqəsi üçün iştirakçıların qeydiyyatı fevralın sonunadək davam edəcək.
"Bu günədək müsabiqə çərçivəsində 90-a yaxın layihə qeydiyyatdan keçib. Ümid edirik ki, fevralın 28-dək müsabiqədə layihələrin və iştirakçıların sayı artacaq. Qeyd etmək lazımdır ki, hər komandaya 3-6 nəfər daxildir, bu isə o deməkdir ki, iştirakçıların sayı çox olacaq", - deyə A.Bayramov bildirib.
O xatırladıb ki, 2019-cu ildə Türkiyədə bu festivalın iştirakçılarının sayı 1,7 milyon nəfərdən çox olub və bu tədbir dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına çevrilib.
"Festivalın əsas məqsədləri gənclərin texnologiyalara və innovasiyalara marağını artırmaq, onları texnoloji layihələr yaratmağa həvəsləndirməkdir. Festivalın bugünkü iştirakçıları innovasiyalar sahəsində sahibkar ola və hətta texnologiya istehsal edən şirkətlər yarada bilərlər" - ASAN Xidmət sədrinin müşaviri deyib.
O vurğulayıb ki, 2022-ci il mayın 26-dan mayın 29-dək "Teknofest" ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçiriləcək.
""Teknofest" festivalının iştirakçılarının sayı ildən-ilə artır. Festivalın ilk ilində iştirakçıların sayı 20 min, 2019-cu ildə 50 min, 2020-ci ildə 100 min, 2021-ci ildə isə 200 min nəfər olub. Ümid edirəm ki, Azərbaycanda keçiriləcək festivalda da gənclərin fəal iştirakı qeydə alınacaq. Azərbaycan və Türkiyə əhalisini nəzərə alsaq, təbii ki, Türkiyədə əvvəlki illərdə qeydə alınan göstəriciləri Azərbaycanla müqayisə etməyə dəyməz", - A.Bayramov bildirib.
Dövlət agentliyi sədrinin müşaviri, həmçinin bildirib ki, Azərbaycanda keçirilən "Teknofest" aviasiya, kosmos və texnologiya festivalının əsas təşkilatçısı Türkiyə Texnologiya Komandası Fondunun (T3), Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və 60-dan çox dövlət müəssisəsi, universiteti və özəl şirkətlərinin köməyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
"Azərbaycanda müxtəlif istiqamətlər üzrə 10 müsabiqənin keçirilməsi planlaşdırılır. Onların arasında agentliyimizin tərəfdaşı olduğu sosialyönümlü texnologiyaların müsabiqəsini xüsusi qeyd etmək istərdim. Bu müsabiqə cəmiyyət üçün faydalı layihələrin yaradılmasına kömək edəcək, bunun üçün iştirakçılar texnoloji bilik və təcrübələrini özlərinin sosial məsuliyyətlərini dərk etməklə inteqrasiya edəcəklər. Bu müsabiqə üç alt kateqoriyadan ibarətdir: "GovTech" (hökumət sektorunda rəqəmsal texnologiyalar), sosial texnologiyalar, sağlamlıq və ilkin tibbi yardım kateqoriyaları", - deyə o bildirib.
O əlavə edib ki, dövlət agentliyi lazımi infrastruktur və şərait yaradır, həmçinin Azərbaycanın innovasiya ekosisteminin inkişafına dəstək göstərir.
"İstənilən innovasiya və texnologiyanın yaradılması Azərbaycan gəncllərinin təkcə texnologiya istifadəçisi deyil, həm də onun yaradıcısı olmasını təmin etmək məqsədi daşıyır", - A.Bayramov vurğulayıb.
Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda "Teknofest" Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiyaAgentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan” son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - (Video/Foto)
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)





