Səhiyyə

"Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb" - Nazirlik

20 İyul 2020 18:05
Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi ölkələrdə koronavirusun ikinci dalğası başlayıb, ikinci dalğasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, əslində, dövlət səviyyəsində bu tədbirlər ikinci dalğanın qarşısının alınması ilə bağlıdır: "Tədbirlər görməklə biz bunun qarşısını ala bilırik. Təmizlik və qorunmaya riayət etsək, epidemiyanın qarşısını ala bilərik. Amma əksinə olsa, bu virus daha da güclənə bilər. Payız aylarında havaların dəyişməsi ilə bağlı ikinci dalğanın olması ehtimal edilir. Bunun qarşısını almaq üçün qaydalara riayət etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.