Sağlamlıq

Koviddə venaya C vitamini vurulması faydalıdırmı? - Alimlər

8 Noyabr 2021 20:04
0 Şərh     Baxış: 1 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

C vitamininin müəyyən dozada venadaxili yeridilməsi COVID-19-un ağır formasından qorunmağa və daha tez sağalmağa kömək edir.

Milli.Az xəbər verir ki, mütəxəssislər 12 klinik sınaq apararaq C vitamininin qanda oksigen səviyyəsini artırmağa, iltihabı yatırmağa və sağalmanı sürətləndirməyə kömək etdiyini aşkar ediblər.

Məlumata görə, bir qram C vitamini 20 portağalda var, ona görə də maddənin venadaxili yeridilməsi özünü doğruldur.

Bundan əlavə, xəstələrin 70-80 faizində qan plazmasında çatışmazlıq olduğu ortaya çıxıb.

C vitamini COVID-19-un ağır gedişini azaldır ki, bu da müalicə müddətini qısaltmağa və xəstəxana çarpayılarını boşaltmağa imkan verir.

Müəlliflər, həmçinin COVID-19-un ümumiyyətlə qarşısını almaq üçün D vitamini qəbul etməyə çağırıblar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.