Sağlamlıq

Xərçənglə effektli mübarizə yolları - VİDEO

27 Sentyabr 2021 13:40
0 Şərh     Baxış: 1 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstələri genetik testlərlə müalicə olunacaq

Milli.Az Real TV-yə istinadən bildirir ki, bu sözləri türkiyəli həkim Berrin Pehlivan açıqlamasında bildirib. Onun sözlərinə görə, radio şüanın fəsadları xəstələrdə psixoloji problemlərə yol açdığından genetik testlərlə müayinə daha effektli olacaq.

Əvvəllər xərçəng xəstəliyinin müalicəsi olmadığından ölüm hallarının çox olduğunu deyən həkim onu da əlavə etdi ki, indiki dövrdə müasir pereparatlar xəstəliklə daha asan mübarizə aparmağa, sağlamlığa qovuşmağa imkan verir. Yetər ki, digər xəstəliklər kimi onu da vaxtında müalicə edəsən.

Həkim-radioloq onu da bildirdi ki, əvvəllər dünyada bu xəstəliyin yaşı cavanlaşsa da, artıq belə bir tendensiya müşahidə olunmur. Ümumilikdə isə orqanlar üzrə dünyada döş vəzi xərçəngi, ağ ciyər və prastat vəzi xərçəngi geniş yayılıb. Bu xəstəliyin özü də cinsə görə dəyişir.

Qeyd edək ki, bu xəstəlik dünyada yayılıb. Xəstəliyin daha çox ayaq tutub yeridiyi ölkə Macarıstan, nisbətən az yayılan ölkə isə Makedoniya hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.