Dezinfeksiyaedici məhlullardan normadan artıq istifadə dəriyə zərərli təsir göstərə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif viruslar, mikrob və bakteriyalar əllərlə toxunulan əşyalar vasitəsilə orqanizmə daxil olur. Ona görə də gün ərzində mütəmadi şəkildə spirt və gel kimi dezinfeksiyaedici məhlullardan istifadə edilir. Lakin onların da yan təsirləri var və həmin təsirlərin əsas hədəfi isə dəridir.
Dezinfeksiyaedici məhlulların tərkibində müəyyən miqdarda spirt və kimyəvi maddələr mövcuddur. Həmin məhlullardan normadan artıq istifadə dərinin qoruyucu qat funksiyasının zəifləməsinə, qızarmasına, quruyub soyulmasına gətirib çıxara bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Elnur Nəzərov deyib: "Xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər".
Gündəlik istifadə edilən tibbi maskalar da dəri ilə birbaşa təmasda olduğuna görə bir sıra problemlər yarada bilər. Xüsusilə yazılı və naxışlı, eləcə də kimyəvi üsulla boyanmış maskaların taxılması tövsiyə olunmur.
"Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar", - deyə həkim-dermatoloq bildirib.
Həkimlər havaların isti keçdiyi mövsümdə dəriyə qulluğun vacib olduğunu söyləyirlər. Bunun üçün dəri tipinə uyğun kremlər seçilməlidir. Dəri xəstəliyi olanlar isə həkimlə məsləhətləşəndən sonra qoruyucu vasitələrdən istifadə edə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





