Sağlamlıq

COVID-19-a yoluxan hamilə qadınların DİQQƏTİNƏ!

6 Sentyabr 2021 21:54
0 Şərh     Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son həftələrdə hamilə qadınlarda koronavirusa yoluxmaların sayı artıb. Pandemiyanın həm ana, həm də körpə üçün mənfi nəticələrə səbəb olmaması üçün hamilə qadınların peyvənd olunmaları vacibdir".

Milli.Az xəbər verir ki, bunu İzmir Katip Çelebi Universitetinin Tibb fakültəsinin Yoluxucu Xəstəliklər bölümünün professoru Alper Şener deyib.

Keçən həftə çalışdığı xəstəxananın COVID-19 xidmətlərinə 7 hamilə qadının müraciət etdiyini bildirən Şener "onlardan dördü xidmət, biri isə reanimasiya şöbəsində müalicə olunur. Əvvəlki aylara baxdığımızda hamilə qadınların yoluxmasında 2-2,5 dəfə artım var. Bunun əsas səbəbi isə "delta" ştammı və bu qrup qadınların vaksin olunmaması ilə əlaqədardır" - qeyd edib.

Professor əlavə edib ki, hamiləlik dövründə yaşana biləcək COVID-19 xəstəliyinin müalicəsi də çətin olur.

"Hamilə qadınlar peyvənd edilməlidir ki, xəstəlik həm ana, həm də körpə üçün mənfi nəticə verməsin. Bu qrup xəstələr digər xəstə qruplarında olduğu dərmanlardan çox və rahatlıqla istifadə etməməlidir. Həm özləri, həm də körpə üçün yan təsirləri ola biləcəyi üçün diqqətli olmalıdırlar. Təəssüf ki, koronavirusa yoluxan ana olacaq şəxslərdə itki normal əhaliyə nisbətən daha yüksəkdir. Hamilə qadınlar da reanimasiya şöbələrində müalicə alırlar və onları intubasiya edərək ventilatora bağladığınız andan körpə hər an ölüm riski daşımağa davam edir. Bu pis nəticələrin qarşısını almaq üçün mütləq hamilə qadınlara COVID-19 peyvəndinin vurulmasını tövsiyə edirik. Çünki vaksinlərin bu günə qədər zərəri qeydə alınmayıb" - Şener vurğulayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.