Sağlamlıq

Qan analizində bu dəyişiklər xərçəngönü vəziyyəti göstərir

6 İyun 2021 21:57
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qanın ümumi analizində bəzi kəskin dəyişikliklər onkoloji problemin başlanmasını və ya yaxın olduğunu göstərə bilər.

Milli.Az xəbər verir ki, hematoloq həkim Yuliya Nenaşeva qan analizində nələrə diqqət yetirməli olduğunuzu açıqlayıb.

"Qan analizində normadan yüksək hemoqlobin və eritrositlərin çoxluğu əsas verir ki, siz hematoloqa müayinəyə gedəsiz, çünki bunlar onkoloji xəstəliklərin marker ola bilər. Xüsusən qan və ilik xərçəngində görülür.

Eləcə də trombositlərin və leykositlərin çox yüksəlməsi də ciddi siqnaldır. Çox zaman insanlarda leykositlər çox aşağı düşür, bu xoşxassəli neytropeniyadır. Müalicə tələb etmir.

Göstəricilərin yüksəlməsi bir-iki rəqəm yox, normadan dəfələrlə yüksək olanda həyəcan təbili çalınır. Amma qan analizinə baxıb tez təlaşa düşməyin. Çünki əsl səbəbi həkim qoya bilər. Siz sadəcə yuxarıdakılar çox yüksək çıxarsa, dərhal hematoloqa gedin.

Məsələn, hemoqlobin normada 12-14 olmalıdır. 15 olması da ciddi bir şey deyil. Əgər hemoqlobin 17-18-19 və yanaşı olaraq ferritin 300-400ə çatıbsa, deməli, burda proses var". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.