Sağlamlıq

Kişilərin diqqətinə - Bu çatışmazlıqlar xərçəng xəbərçisi ola bilər

9 May 2021 10:44
Baxış: 2 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişi cinsinin nümayəndələrində dəmir çatışmazlığı anemiyası onkoloji xəstəliklərin simptomu ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur aparıcı və həkim Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, qadınlardan fərqli olaraq kişilərdə qan itkisinin yalnız mədə-bağırsaq traktından zədələnmələrdən qaynaqlana biləcəyi üçün aşağı hemoqlobinli kişilərin dərhal həkimə müraciət etmələri lazım olduğunu vurğulayıb.

Myasnikov belə problemi olan kişiləri həmçinin qastroskopiya və kolonoskopiya etdirməyə çağırıb. Onun sözlərinə görə, bu xora, polip və ya xərçəng xəstəliyini vaxtında müəyyən etməyə imkan verər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.